Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günə planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib.
7Times.az xəbər verir ki, bu barədə Ərdoğan “Facebook” hesabında məlumat yayıb.
O, dünən canlı yayım zamanı yaşanan kiçik narahatlığa görə arzu və dualarını çatdıran hər kəsə təşəkkür edib.
“Bu gün həkimlərimizin məsləhəti ilə evdə istirahət edəcəm. Təəssüf ki, bu gün Kırıkkale, Yozgat və Sivasdan olan qardaş-bacılarımla bir araya gələ bilməyəcəyik. Hamısından xahiş edirəm ki, haqqını halal etsinlər. Kırıkkale, Yozgat və Sivas proqramlarında bizim adımızdan vitse-prezident Fuat Oktay iştirak edəcək. Allahın izni ilə sabahdan proqramımıza davam edəcəyik”, – Ərdoğan deyib.
Qeyd edək ki, dünən Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. “Kanal 7” və “Ülke TV” kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib və Ərdoğan mədəsinə soyuq olduğunu bildirib.
Follow @7timesaz