Dünya

Ərdoğanın dediyi oldu: Axı sizə demişdim, özünüzü karlığa vurdunuz

Ərdoğanın dediyi oldu: Axı sizə demişdim, özünüzü karlığa vurdunuzbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın sement şirkəti “Lafarge”ın İŞİD terrorçularına maddi dəstək göstərməsinə ilk dəfə münasibət bildirib.
7Times.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, o avropalı liderləri bu məsələlərlə bağlı dəfələrlə xəbərdar edib. Ərdoğan deyib: “Makronun özünə də, görüşdüyüm avropalı liderlərə də illərdir deyirəm. Amma həmişə özlərini karlığa qoydurlar”.
Ərdoğan bildirib ki, o məsələni BMT toplantısında da gündəmə gətirəcək.
 
Qeyd edək ki, “Lafarge”ın İŞİD terrorçularına maddi dəstək göstərdiyi təsdiq olunub. Fransanın kəşfiyyat xidməti də şirkətin İŞİD-ə dəstək göstərdiyindən xəbəri olub. / Metbuat.az