Dünya

“Ərdoğanın qələbəsi üçün dua etdim” – Macarıstanın baş naziri

“Ərdoğanın qələbəsi üçün dua etdim” – Macarıstanın baş naziribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Baş naziri Viktor Orban Türkiyədəki prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsinə münasibət bildirib.

Redaktor.az “telex.hu”ya istinadla xəbər verir ki, baş nazir deyib:

“Böyük bir rahatlama oldu. Mən təkcə onun qələbəsini dəstəkləmədim, xüsusi olaraq Prezident Ərdoğanın qələbəsi üçün dua etdim, çox və güclü dua etdim. O, qalib gəlməsəydi, faciə olardı. O, qalib olmasaydı, Corc Sorosun adamı Türkiyədə qalib gələcəkdi və o, Türkiyə sərhədlərini qaçqınların üzünə açacaqdı”.

Orban həmçinin bildirib ki, “Ərdoğanın qələbəsi bizə bir nəfəs kimi lazım idi”.