Dünya

Ərdoğanın rəqibi kim olacaq? – Martın 6-da açıqlanacaq

Ərdoğanın rəqibi kim olacaq? – Martın 6-da açıqlanacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin müxalif partiyalarından ibarət Millət İttifaqının görüşü keçirilib.

7Times.az bildirir ki, görüşdən sonra ortaq açıqlama yayılıb.

Açıqlamada vahid namizədin bazar ertəsi, martın 6-da elan olunacağı bildirilib.

Xatırladaq ki, “Altılı masa” adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb. O, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.

Bu gün Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri ‎Gültekin Uysal qatılıblar.