Dünya

Ərdoğanla baş nazir arasında mübahisə: Şam yeməyində… – İddia

Ərdoğanla baş nazir arasında mübahisə: Şam yeməyində… – İddiabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Nyu-York Tayms” qəzeti ötən həftə Çexiyanın paytaxtı Praqada I Avropa Siyasi Birliyi zirvə toplantısından sonra bağlı qapılar arxasında keçirilən şam yeməyində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Baş naziri Kiryakos Mitsotakis arasında gərginlik yaşandığını iddia edib.

7Times.az  xəbər verir ki, Mitsotakis 44 Avropa ölkəsinin liderinə müraciət edərək, Türkiyəni günahlandırdığı zaman Ərdoğanın buna müdaxilə etdiyi bildirilib.

Adı açıqlanmayan bir avropalı diplomat və iki yüksək vəzifəli rəsmi şəxs Ərdoğanın Mitsotakis otağı tərk etməzdən əvvəl Avropa İttifaqını Şərqi Aralıq dənizi və Egeydəki mübahisələrin həllində qeyri-səmimi olmaqda, Yunanıstan və Cənubi Kiprin tərəfini tutmaqda ittiham etdiyini deyilib.

Prezident Ərdoğan Praqadan qayıdarkən Mitsotakislə mübahisə etməsi ilə bağlı iddianı təkzib etmişdi.

“Axşam yeməyində Mitsotakislə aranızda mübahisə baş veribmi” sualına Türkiyə liderə belə cavab vermişdi:

“Məndə belə bir üz görürsünüz? O, protokol qaydalarını bilməyən adamdır. Onun orada çıxış etmək üçün adı proqramda olmasa da, mən əsas məruzəçilərdən biri idim, çıxışımı edib, masama keçdim. Bilmirəm kimdən və necə icazə aldı, ora çıxıb mənə cavab verməyə çalışdı. Onun cavabına cavab verməliydim? Türkiyə Cümhuriyyətinin prezidenti belə səviyyəyə düşərdimi? Orada onun bir neçə sözünü dinləməklə kifayətləndim. Heç kim alqışlamadı”.Teleqraf.com