Dünya

Ərdoğanla Bayden arasında mümkün görüşün tarixi və mövzusu AÇIQLANDI

Ərdoğanla Bayden arasında mümkün görüşün tarixi və mövzusu AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş ola bilər.

 

7Times.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadən xəbər verib.

“Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı danışıqlar bir müddətdir ki, davam edir. Gələn ay Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Bayden arasında mümkün görüş zamanı bu məsələ müzakirə olunacaq”, – deyə məqalədə bildirilir.

 

Qeyd edək ki, iyunda keçirilmiş NATO sammiti çərçivəsində R.T.Ərdoğan və C.Bayden arasında görüş olub. Danışıqlar zamanı ABŞ lideri həmkarına “F-16” ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib.