Maqazin

“Ərəb şeyxləri 16-17 yaşında qızlar alırlar, qoca Röyanı neynirlər?” – Xalq artisti qəzəbləndi

“Ərəb şeyxləri 16-17 yaşında qızlar alırlar, qoca Röyanı neynirlər?” – Xalq artisti qəzəbləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Röya Ayxan ötən gün qonaq olduğu “Günaydın, Azərbaycan” proqramında verdiyi açıqlamalarla gündəmə gəlib. 

 

Belə ki, Xalq artistinin efirdə evlilikdən danışaraq zarafatyana “ərəb şeyxi tapsam, səhnədən uzaqlaşacam” – deyə fikir səsləndirməsi böyük müzakirələrə səbəb olub. Onun sözləri bəzi izləyicilər tərəfindən hiddətlə qarşılanıb və ifaçı gənclərin əxlaqını pozmaqda ittiham olunub. 

 

7Times.az  xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bunun rüsvayçılıq olduğunu bildirib:

 

“Bu, böyük rüsvayçılıqdır. Mən Allahla, dinlə yaşayan ağsaqqal bir adamam. Mən Röya xanımı şəxsən tanımıram. Onun barədə yeganə açıqlamam o vaxt Xalq artisti fəxri adını alanda olub. Həmin vaxt hansı səbəbdən gətirib onu Xalq artisti etmişdilər anlamıram, bu haqda münasibətimi bildirmişdim, demişdim ki, xalqı bu dərəcədə aşağılamaq, təhqir etmək olmaz. Hətta demişdim ki, mən etiraz əlaməti olaraq Xalq artisti adımdan imtina edirəm.

 

Bu birinci qeyri-adi cümlə deyil ki, biz Röya xanımın dilindən eşidirik. Səhnədə eybəcər geyimləri, açıq-saçıq hərəkətləri, dediyi məntiqsiz sözləri, xalqın dəyərlərinə aid olmayan hərəkətləri onun tərəfdən çox görmüşük.

İkincisi, Röya Ayxan, siz ac-susuzsunuz ki, pullu ərəb şeyxi axtarırsınız? Xalqın o qədər qız-gəlini ortada qalıb, ərləri müharibədə şəhid olub, ya şikəst qalıblar. Onlar abırları-ismətləri ilə susub oturublar, özlərinə pullu kişi axtarmırlar. Sən xeyir ola, cah-cəlal, kef içində yaşaya-yaşaya yenə pullu kişi axtarırsan?”

 

O, sənətçilərin efirdən bu cür fikirlər səsləndirməsinə xalqın özünün şərait yaratdığını qeyd edib:

 

“Mən bu mövzularda xalqı günahkar bilirəm, iradım məhz xalqadır. Dəfələrlə demişəm ki, bu “manıs”lara minlərlə manat pul verib toylarınıza çağırmayın. Onların nə səsi, nə sənəti, nə də musiqi duyumu var. Səs-küyün, aparatların hesabına millətin başını aldadırlar. Bu “manıs”ları yığışdırmaq lazımdır, onlar millətə lazım deyil! Toylarınıza onları çağırmayın! Toy bu cür olmur, ay millət! Bu eybəcər ənənəni kim yaradıb ortaya atıb bilmirəm. Toy edəndə minlərlə manat borca düşürsünüz, onun da yarısı aparıb həmin “müğənnicik”lərə verisiniz. Onların heç bir sənəti, musiqi təhsili yoxdur, xaric oxuyurlar. Bir toya görə illərlə borc ödəyirsiniz. Sonra da deyirlər xoşbəxtlik yoxdur, bu cür antisanitariya, rüsvayçılıq, israfçılıqla baş tutan toydan xoşbəxtlik gələrmi? Toylarda Allahın verdiyi nemətlərə qarşı ədəbsiz, əxlaqsız davranılır, israfçılıq edilir, bununla ruzimizi qaçırırsınız, başa düşmürsünüz?!”

 

Kinorejissor Röya Ayxanı sərt tənqid edib:

“Bütün bunların nəticəsidir ki, bu gün boşanmalar 60%-ə çatır, hörmətli Röya xanım da özü üçün ərəb şeyxi axtarır. Ərəb şeyxləri gedib özləri üçün 16-17 yaşında, kukla kimi qızlar alırlar, neynirlər qoca arvadları? Röya xanımın nəyə ehtiyacı var ki, bu sözü deyir? Mən onun valideynlərinə, ağsaqqallarına səslənirəm, onun nəyə ehtiyacı var? Onsuz da Azərbaycanda ən yüksək səviyyədə dolananlardan, yağ-bal içərisində yaşayanlardan biri məhz Röya Ayxandır. Hər zaman gündəmdədir, pulu var, ağzına da nə gəldi danışır, cavab verən də yoxdur. Niyə bu xanım dinc oturub sənəti ilə məşğul olmur? Niyə bu millətin əsəbləri ilə oynayır? İstəyirsən, şeyxə get, istəyirsən İvana get, istəyirsən Petrosa get, özün bilərsən! Şəxsi, eybəcər düşüncələrini niyə efirdə gündəmə gətirib camaatın əsəbini oynadıb, milləti təhqir edirsən?! Şəxsi işindirsə, get şəxsi işinlə məşğul ol!”