İdman

Ərəblərdən “Qalatasaray”a 50 milyonluq təklif!

Ərəblərdən “Qalatasaray”a 50 milyonluq təklif!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı klubları bu dəfə istiqaməti Türkiyə Super Liqasına yönəldib. 

Offsideplus.az xəbər verir ki, ərəblər “Qalatasaray”ın iki ulduzu üçün 50 milyon avro xərcləməyə hazırdır. Nikolo Zanioloya 35 milyon avro ödəməyə hazır olan 4 komanda var. Lakin italiyalı futbolçu gənc olmasını və gələcək karyerasını düşündüyü üçün “sarı-qırmızılar”dan ayrılmaq istəmir.

Ərəb klublarının maraqlandığı digər oyunçu isə Olimpiu Morutandır. Rumın yarımmüdafiəçiyə 15 milyon avroluq təklif göndərilib. Klub rəhbərliyi bu təklifi dəyərləndirməyi düşünür. Futbolçu da qəbul etmək istəsə, keçidin gerçəkləşməsi ehtimalı böyükdür.