Ölkə

Əri azərbaycanlı bloqerin lüt fotolarını yaydı – VİDEO

Əri azərbaycanlı bloqerin lüt fotolarını yaydı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bloger Günay Mehdiyeva keçmiş əri Fərdi Əliyevin onun videolarını və nömrəsini telegram kanallarında yayması ilə bağlı “İnstagram” hesabında paylaşım edib.

7Times.az  xəbər verir ki, o, əri ilə ayrıldığını və şantaja məruz qaldığını açıqlayıb:

“Biz ayrılmışıq. Bundan əvvəl də dəfələrlə ayrılmışıq, səbəbi də xəyanət olub. Amma mən onu bağışlamışam, çünki onu sevmişəm. Mən başqaları kimi gecə həyatı yaşamıram, sosial şəbəkəni də övladıma görə işlədirəm, çünki başqa iş yerim yoxdur. Reklam çəkilişlərinə getsəm də, saat 5-də evdə oluram. Amma bu gün mənim o şəxsə (əri) atdığım şəxsi şəkillər, nömrəm “Telegram” kanallarında gəzir. Mənə deyir ki, səni bütün Azərbaycana biabır edəcəyəm. Sabah mənim başıma nə isə gəlsə, özümə nə isə etsəm, bilin ki, o insana görə etmişəm. Çünki o insan mənim həyatımı, gəncliyimi məhv etdi. Mən artıq son həddə çatmışam. Artıq təkbaşına heç nəyi bacara bilmirəm. Məndən əl çək! Zatən həyatımı, ailəmi məhv etmisən, niyə bir də bunları edib məni ölümə sürükləyirsən?! Mən gedib özümü öldürsəm, şəkillərim yayılsa, nömrəmə minlərlə adam zəng vursa, kimin əlinə nə keçəcək? Həqiqətən son həddəyəm… Bunu edən mənim öz həyat yoldaşım, uşağımın atasıdır”.

Blogerin ağlayaraq paylaşdığı həmin görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq ciddi müzakirələrə səbəb olub.

Daha sonra bu haqda açıqlama yayan Fərdi Əliyev iddiaları təkzib edib:

“Mən Günayı sevərək ailə qurmuşam, bu günə qədər çox dalaşmışıq, ayrılıb-barışmışıq, amma bu son idi. Haqqımda deyirlər ki, guya mən nələrsə paylaşmışam. Belə bir şey yoxdur. Kim nə yazırsa yazsın, maraqlı da deyil. Mən hərbi xidmətdəyəm, burada qızımı, sizi, Vətənimi qoruyuram. Mənə belə söz-söhbətlər lazım deyil, buna ehtiyacım da yoxdur. Ön cəbhədə düşmənlə üzbəüz yerlərdə xidmət edirəm”./Publika.az