Aparıcı və aktrisa Xuraman Əlizadə ailəsi ilə bağlı açıqlama verib.
7times.az xəbər verir ki, sosial şəbəkədə aktrisanın izləyiciləri ərinin onunla puluna görə yaşadığını yazıb.
X.Əlizadə ittihamlara canlı yayımda cavab verib.
O, nikah şəhadətnaməsini göstərərək rəsmi şəkildə evli olduğunu bildirib:
“Axı mən ərimi necə zorla, pul gücünə yanımda saxlaya bilərəm? Mənim pulum var? Yoldaşımın su şirkəti var. Koronavirusa yoluxanda başımın üstündə dayandı, hər qulluğumu etdi. Məni sevməsəydi, bunları etməzdi. O, sağalan günə qədər mənə qulluq etdi”.