Ərinə əsəbiləşərək sərxoş olan qadın 4 uşağını bıçaqlayaraq öldürüb.
AZXEBER.COM xəbər verir ki, Meksikanın Çikapa de Kastro şəhərində yaşayan 27 yaşlı Areles Juarez 62 yaşlı ərinin qısqanclığından bezdiyi üçün səkkiz, beş, iki yaşlı qızları və on aylıq oğlunu bıçaqlayaraq öldürüb.
Belə ki, ərinin qısqanclığından və zorakılığından bezən qadın spirtli içki içib. Qısa müddətdə sərxoş olan qadın 4 azyaşlı uşağını bıçaqlayaraq öldürüb. Polis eyni çarpayıda qan içində kiçik uşaqların cansız cəsədlərini tapıb. Qətllərdən sonra özünə qəsd etmək istəyən qadın nəzarətə götürülüb.
Qadın ilk ifadəsində ərinin qısqanclığından bezdiyini və onunla yaşamaq istəmədiyi üçün uşaqlarını öldürdüyünü etiraf edib. Polis ananın qətldən əvvəl çoxlu içki qəbul etdiyini və qətl zamanı sərxoş olduğunu bildirib.
Digər tərəfdən cütlüyün qonşuları Areleslə ərinin davamlı olaraq mübahisə etdiyini və qadının əri tərəfindən zorakılığa məruz qaldığını bildirib.
Follow @7timesaz