Əməkdar artist Nigar Şabanova boşanması ilə bağlı ilk dəfə danışıb.
7Times.az xəbər verir ki, “Elgizlə izlə” verilişinə qonaq olan ifaçı həyat yoldaşı ilə ayrılmasına böyük problemlərin səbəb olduğunu deyib.
Şabanova boşanmanın qısqanclıq və xəyanət səbəbindən baş vermədiyini, xəyanətə görə ailənin dağılmasına qarşı olduğunu bildirib.
Nigar açıqlamasının sonunda həyat yoldaşı ilə evlənəcək olan növbəti qadına səbir də arzulayıb.
Xatırladaq ki, Əməkdar artist XTQ giziri Xəyyam Qaragözovla evli olub. Cütlük bir müddət əvvəl boşanaraq həyat yollarını ayırıb.