Yeni evlənmiş qadının sosial mediada paylaşdığı görüntülər böyük müzakirələrə yol açıb.
7Times.az Metbuat.az-a istinadən xəbər verir ki, qadın ərinin ona xəyanət etdiyi görüntüləri sosial mediada paylaşıb. Qadının sözlərinə görə, ailə üzvləri qohum evinə qonaq gedərkən, onun əri bəhanə gətirərək, evdə qalıb. Ərinin xəyanət etdiyindən şübhələnən qadın, evin təhlükəsizlik kamerasının görüntülərini izləyib. O,görüntülərdə, ərinin açıq-saçıq geyimdə olan sevgilisini evdən səmimi formada yola saldığının şahidi olub.Qadın məsələ ilə bağlı atacağı addımlar barədə məlumat verməyib.