Azərbaycanlı hakerlərin Qarabağ ermənilərinin sosial şəbəkə profillərini dağıtdığı bildirilib.
7times.az xəbər verir ki, bu iddianı erməni mediası qondarma qurum “rəsmi”lərinə istinadla yayıb.
Qeyd edilir ki, azərbaycanlı hakerlər çoxsaylı Qarabağ ermənisinin şəxsi foto və məlumatlarını ələ keçiriblər.
Hücum edən haker qrupunun Azərbaycanın xüsusi xidmət orqanlarına aid olduğu iddia edilib. Çünki şəxsi məlumat və fotoları ələ keçirilənlərin böyük əksəriyyətinin hərbçilər olduğuna diqqət çəkilib. Belə ki, Ermənistan hakimiyyəti erməni hərbçilərə diqqətli olmaq və şəxsi məlumatları qorumaq çağırışı edib.
Axar.az
Follow @7timesaz