Erməni idmançı Ermənistan millisində oynamaqdan imtina edib.
7Times.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, rusiyalı erməni əsilli idmançı, olimpiya çempionu Artur Dalaloyanın Ermənistan millisində oynamaqdan imtina edib.
İdman gimnastikası üzrə Rusiya yığmasının baş məşqçisi Valentina Rodionenko Dalaloyanın Ermənistan millisində oynamaqdan imtina etməsi ilə bağlı mətbuatda yer alan məlumatı şərh edib.
“Bu doğrudur. Dalaloyan Ermənistan millisinə transferdən imtina etdi. Bəli, ona təklif olundu, amma Artur harada və kiminlə olduğunu çox açıq şəkildə bildirdi. Dalaloyan düzgün etdi. O, normal, nəzakətli insandır və başqa cür hərəkət edə bilməzdi”, – deyə Rodionenko bildirib.
Follow @7timesaz