Dünya

Erməni KİV: “Paşinyanın seçimi erməni xalqının tamamilə məhvi deməkdir”

Erməni KİV: “Paşinyanın seçimi erməni xalqının tamamilə məhvi deməkdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ məsələsinin diplomatik həlli olmadığı barədə açıqlaması ermənilərin narazılığına səbəb olub.

Sosial şəbəkələrdə onun xalqını müharibəyə səsləməsi ciddi reaksiya yaradıb.

Erməni KİV və sosial şəbəkə istifadəçiləri “Paşinyan müharibə yolunu seçdi, bu erməni xalqının tamamilə məhv edilməsidir”, – deyə şərhlər yazır, onun səriştəsizliyini tənqid edirlər.

Xatırladaq ki, Paşinyan “Facebook” hesabında həm hazırkı mərhələdə, nə də uzun müddət Qarabağ məsələsinin diplomatik yolla həllinin mümkün olmadığını deyib.

Oxu.az