Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Vanadzor şəhərində atasının məzarında özünü güllələyib.
7times.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə 30 mart tarixində, saat 18:00 radələrində baş verib.
Hadisə şahidlərinin kömək çağırmasından sonra Hayk X. adlı zabit Vanadzor tibb mərkəzinə aparılsa da, orada keçinib.
İlkin məlumatlara görə, o, özünü “Makarov” tapançası ilə başından vurub. qafqazinfo
Follow @7timesaz