“Ermənilər bizi “Böyük Turan”la qorxudurlar, özləri isə İstanbulda alış-veriş edib dincəlirlər”.
7Times.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Türkiyə və Ermənistan bu gündən etibarən İstanbul-İrəvan istiqamətində qarşılıqlı hava reyslərini bərpa edir. Yəni erməni yoldaşlar bizi “Böyük Turan”la qorxudurlar (Rusiya onların geosiyasi və hərbi maraqlarına xidmət etsin deyə), özləri isə İstanbulda alış-veriş edib dincəlirlər”, – deyə ekspert bildirib.
Follow @7timesaz