Dünya

“Ermənilər bu saat Zəngəzura qoşun yığıb — üç hərbi briqada…” (VİDEO)

“Ermənilər bu saat Zəngəzura qoşun yığıb — üç hərbi briqada…” (VİDEO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiyiniz kimi Paşinyan ötən gün İlham Əliyevlə və Ərdoğanla görüşdü. Daha sonra dördlü formatda görüş keçirildi. Ənənəvi olaraq Paşinyan yenə söz verdi, eyni zamanda mən izləyirəm, bizim mətbuatda həddindən artıq çox qabardılır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Mən fərqli düşünürəm. Bunlar danışıqlarda hər zaman ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımağa hazır olduqlarını bildirirlər. İndiki halda da, Paşinyan yeni heç nə deməyib.”

Demokrat.az xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə “Tv Müsavat”ın efirində yayımlanan “Canlı Debat” verilişində BAP sədri Elşad Musayev deyib.

Partiya sədri qeyd edib ki, ermənilər öz iddialarından bir addım da geri çəkilməyib.

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: