Dünya

Ermənilər donuzlar üçün meşəni yandırdılar – FOTO

Ermənilər donuzlar üçün meşəni yandırdılar – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin Türkiyə ilə Ermənistan sərhədi boyunca qamışlıqda sığınan donuzları qaçırmaq üçün başlatdıqları yanğın nəzarətdən çıxıb. 

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın Ermənistan tərəfdəki meşə sahəsinin böyük hissəsini bürüyüb. Səmanı qara dumanın bürüdüyü yanğından xilas olmaq istəyən donuzlar Araz çayını keçərək Türkiyə sərhədinə keçib.

Bununla yanaşı, İğdırın Tuzluca rayonunun Turabi kəndindən görünən alovlar səmanı qara buludlarla örtüb.

Meşəlik ərazilərdə yanğının böyüməsinə baxmayaraq, Ermənistan tərəfindən yanğına reaksiya verilməyib. Türkiyədən də kömək istəmədiyi öyrənilib. Yanğının davam etdiyi bildirilir.

 

  • Ermənilər donuzlar üçün meşəni yandırdılar - FOTO