Manşet

“Ermənilər mənə zəng edir… gedib Xankəndidə işləyəcəyəm, onları müsəlman edəcəm”

“Ermənilər mənə zəng edir… gedib Xankəndidə işləyəcəyəm, onları müsəlman edəcəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nə zaman mənim fərmanımı versələr, Xankəndinə gedib, ermənilərlə işləyəcəyəm. Onları müsəlman edəcəyəm”.

7times.az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O Xankəndi şəhərinin meri olmaq istədiyini bəyan edib:

“Mən ora gedən gündən görəcəksiniz ermənilər quzuya dönəcəklər, bizim bütün şərtlərimizi qəbul edəcəklər. Xankəndidə yaşayan ermənilər Ermənistan hakimiyyətindən çox narazıdırlar. Onlar bizim idarəçiliyimizin həsrətindədirlər. Əlaqələrimiz var, ermənilər mənə zəng edirlər. Saytlarımızı izləyirlər, Azərbaycan dilini də bilirlər.

Bizim bəzi məmurlara Allah insaf versin. İmkan etsələr, Xankəndidə Azərbaycan idarəçiliyini geri qaytararam. Təcili ora fərman verilməli, Xankəndi Qarabağın mərkəzi olmalıdır. Şuşa da, Xocalı da, Hadrut da, bütün Qarabağ ərazisi ora tabe olmalıdır. Dünya isə görməlidir ki, Xankəndinin meri azərbaycanlıdır”.

Partiya sədri deyib ki, Xankəndidə mer olsa, müavinini ermənilərdən seçəcəyinə söz verib:

“Heç bir problem yoxdur. Onlar bizim şərtlərimizlə razılaşırlar. Dövlət hansı sərəncamı versə, biz hazırıq. Xankəndidəki ermənilərin öhdəsindən elə mən gələrəm”.

Xankəndidə məskunlaşan ermənilərin Müasir Müsavat Partiyasına üzv olmaq istəyib-istəmədiyinə gəlincə, Hafiz Hacıyev bunun üçün hələ tez olduğunu söyləyib:

“Bununla bağlı ermənilər müraciət etməyiblər. Ermənistanın siyasi oyunlarından o qədər beziblər ki, belə məsələlərdən çəkinirlər. Deyirlər ki, siz gəlin, bura rəhbərlik edin”. Modern.az