Sosial şəbəkələrin erməni seqmentində baş nazir Nikol Paşinyanın ətrafı ilə birlikdə ritmik estrada musiqisi sədaları altında rəqs etməsini əks etdirən yeni video yayılıb.
7times.az xəbər verir ki, bu haqda “Armyanskaya vendetta” teleqram-kanalı məlumat və video yayımlayıb.
“Paşinyan və ətrafı şən melodiya sədaları altında sərbəstcəsinə rəqs edirlər, sanki ölkə tarixində belə biabırçı bir il olmayıb.
Axı Paşinyan niyə sevinməsin, Artsaxın 75%-i düşmənə təslim olub, Sünikin(Zəngəzur-S.L.) təhlükəsizliyi sıfır səviyyəsindədir, Ermənistanın suverenliyi yoxdur” –deyə teleqram-kanal yazır.
Follow @7timesaz