Ölkə

Ermənilərdən qalan “ölüm sürprizi” – “30 il dözüblər, 1-2 il də gözləsinlər”

Ermənilərdən qalan “ölüm sürprizi” – “30 il dözüblər, 1-2 il də gözləsinlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov mətbuata açıqlamasında 10 noyabr 2020-ci ildən bugünədək 225 nəfərin mina partlayışlarının qurbanı olduğunu bildirib. Qurum rəhbəri qeyd edib ki, mina hadisələri zamanı 186 nəfər xəsarət alıb, daha 39 nəfər həlak olub.

 

Vətən müharibəsindən sonra qeydə alınmış hadisələr göstərir ki, müharibə başa çatsa da, düşmənin xain təxribatları bitib-tükənmir. İşğaldan azad olunmuş ərazilərin hər addımlığında gizlənən “sürprizlər” böyük təhlükə saçır. İnsanların bunu bildikləri halda azad olunmuş ərazilərə qanunsuz səfərləri sonda faciə ilə nəticələnir. İndiyədək 225 nəfərin mina partlayışının qurbanı olması Qarabağa gizli yollarla getməyə hazırlaşanlara ciddi sinqal olmalıdır. Əks halda təəssüf ki, onların özləri də qurbanlar siyahısında yer almalı olacaq.

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas vətəndaşları qadağan olunmuş ərazilərə getməməyə çağırıb. O bildirib ki, hər bir vətəndaş məsuliyyətini dərk etməli, mina təhlükəsini görməzdən gəlməməlidir:

 

“Əhali azad edilmiş ərazilərə icazəsiz getməməlidir. Qanuni səfərlər zamanı ancaq müəyyənləşdirilmiş yollardan istifadə etmək olar. Xəbərlərdən görürük, hətta ANAMA-nın öz işçisi, minatəmizləyən də minaya düşür. Əhaliyə dövlət tərəfindən çağırışlar və xəbərdarlıqlar edilir. 30 il gözləyiblər, 5-6 ay, lap 1-2 il də gözləsinlər”.

 

Aqil Abbas deyib ki, azad edilmiş ərazilərdə bütün aidiyyəti qurumlar, hərbçilər, polis nəzarəti həyata keçirir:

 

“Məsuliyyət insanların öz üzərindədir. Biz mina xəritələrindən danışırıq ki, ermənilər bunu vermirlər. Halbuki ermənilərin özündə belə mina xəritəsi yoxdur. Hara gəldi minaları atıb gediblər.

 

Yadınızdadırsa, bir müddət əvvəl qoyun sürülərini azad olunmuş ərazilərdəki yaylaqlara ötürdülər. Guya deyirdilər ki, həmin heyvanların azad edilmiş ərazilərə buraxılması təhlükəli ərazilərin aşkarlanmasına bir az da kömək edəcək. Ancaq hələ indiyə qədər bir qoyun belə minaya düşməyib. Bu göstərir ki, heyvanların buraxıldığı ərazilər təhlükəsizdir. İnsanlar da qadağan edilən ərazilərə getməməlidirlər ki, təhlükə ilə üzləşməsinlər”.