Aktual

Ermənilərlə bir yerdə yaşamaq? – “Böyüyü həzm etsə də, uşağı həzm edə bilməyəcək”

Ermənilərlə bir yerdə yaşamaq? – “Böyüyü həzm etsə də, uşağı həzm edə bilməyəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən belə hesab edirəm ki, yavaş-yavaş dəyişmələrin olması üçün xeyli vaxt tələb olunacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında fəlsəfə elmləri doktoru Niyazi Mehdi deyib.

Filosof Ermənistan və Azərbaycan arasında baş tutan danışıqlardan sonra iki xalqın bərabər gələcək perspektivdə sülh içində yaşayıb-yaşaya bilməyəcəyi barəsində səsləndirilən fikirlərə münasibət bildirib.

N. Mehdi deyib ki, nəsillər və vəziyyətlər dəyişməlidir:

“Çünki iki millətin düşmənçiliyi belə tez qurtarmır. Bizim özümüz bəyəm necə bunu bağışlaya bilərik ki, onlar bu qədər şeyləri dağıdıblar?! Onlar bizim qələbə çalmağımızı çətin həzm edəcəklər. Böyüyü həzm etsə də, uşağı həzm edə bilməyəcək. Xeyli vaxt keçməlidir”.

Müsahibimiz deyib ki, bunun həlli üçün mütləq sülh sazişi olmalıdır və onlar Azərbaycan çərçivəsində yaşamağa öyrənməlidirlər:

“Eləcə də biz onlara öyrənməliyik. Düzdür, nəzərə alaq ki, 1905-1918-ci ildə olan qırğınlardan sonra azərbaycanlılarda ermənilərə qaşrı kin qalsa da, geniş şəkildə ermənilərə nifrət etmirdilər. Çünki o vaxtlar avamlıq idi, yaddaşdan unudulurdu. Lakin babalarımızın xatirələrində var ki, ermənilər belə şeylər etdi, qırğınlar törətdilər və s. Amma indiki zamandakı videolar və s. materiallar var deyə, çox çətin olacaq.

Onların o revanşist qrupları var ki, bizimlə vuruşmaq istəyirlər, amma onlarda o güc də yoxdur ki, bizə qarşı nəsə etsinlər”.