“Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”.
7Times.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına toxunub: “Mən indi bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz gözləyirik ki, Azərbaycan da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanıyacaq”.
Follow @7timesaz