Ermənistanın nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində gəlməyiblər.
7Times.az xəbər verir ki, bunu də “Ria Novosti”yə KTMT PA-nın seçkilər üzrə missiyasının koordinatoru Alişer Ebayev deyib.
“KTMT-dən Ermənistan istisna olmaqla, demək olar ki, bütün ölkələrdən müşahidəçilər var. Bildiyiniz kimi, KTMT PA kollegial orqandır və onlar belə bir ictimai-siyasi tədbirdə iştirak etməli idilər, lakin bu, onların seçimidir”.
Belarusda ilk dəfə olaraq parlamentin aşağı palatası və yerli deputat şuralarına seçkilər bir səsvermə günü – fevralın 25-də keçiriləcək.
Çərşənbə axşamı, fevralın 20-də erkən səsvermə başlayıb və fevralın 24-ü axşamadək davam edəcək.
Follow @7timesaz