“Tarix boyu nə Rusiya, nə də Sovet imperiyası dövründə heç kim Türkiyənin Türk dünyası ilə birləşməsinə imkan verməyib. Belə bir hal yaşanmayıb. Çünki Türkiyəni Qərb və Rusiyanın köməyi ilə Türk dünyasından birdəfəlik ayırıblar. Onlara birləşməyə imkan verməyiblər. Çünki həm sivilizasiya baxımından, həm də iqtisadi cəhətdən bu, çox təhlükəli tedensiyadır”.
7Times.az xəbər verir ki, bu fikirləri erməni politoloq Vladimir Poqosyan səsləndrib. O bildirib ki, dəhliz açılsa (Zəngəzur dəhlizi -red) həm xalq, həm də dövlət kimi məhv olacaqlar: “Biz birmənalı şəkildə Zəngəzur dəhlizi məsələsini müzakirə etməyi dayandırmalıyıq. Bu gün Paşinyan hər dəqiqə Türkiyədən “Zəngəzur dəhlizi” sözünü eşidir. Nikol başa düşür ki, Rusiya və Türkiyə arasında strateji-hərbi əməkdaşlıq mövcuddur. Deməli biz erməni xalqı olaraq müştəriyə xidmət göstərən küçə qadınına çevrilməliyik. Bu müştəri isə Türkiyə, Rusiya və Azərbaycandır. Siz Ermənistanın Niderlanddakı kimi “qırmızı fənər” küçəsinə çevrilməyinə hazırsınızmı? Şəxsən mən və erməni xalqı buna hazır deyil. Amma Paşinyan istisnadır. Biz bu dəhlizi açsaq, nələrin baş verəcəyi məlumdur”, – deyə Poqosyan vurğulayıb
Erməni politoloq əlavə edib ki, Azərbaycan üçün ən komfort zona Qərb yox məhz Rusiyadır: “Rusiya Xarici İşlər Nazirliyinin əsas tapşırığı Türkiyənin prezident aparatı, Baş Qərərgahı ilə, eləcə də Azərbaycanla gizli şəkildə Zəngəzur dəhlizini müzakirə etmək olub. Bu, erməni xalqından gizlin həyata keçirilsə də, Ermənistanın siyasi rəhbərliyi sözügedən danışıqların tərkib hissəsinə çevrilib. Sadəcə bu, indiyədək gizli saxlanılıb və cəmiyyətə açıqlanmayıb. Bu gün müharibə bitib. Amma heç bir erməni siyasətçisi və ya diplomatı sual vermir ki, Paşinyan danışıqlar prosesində niyə Qarabağ və ətrafındakı problemli məsələləri yox, məhz Zəngəzur dəhlizini müzakirə edir? Təkrar edirəm, Türkiyə, Azərbaycan və Rusiyanın əsas istəyi Naxçıvanın quru yolu vasitəsi ilə Azərbaycanla birləşməsidir. Hansı ki, burada əsas oyunçular Kreml və Ankara olacaq. Bütün fəlsəfə bundan ibarətdir. Və Paşinyan sözügedən planın içərisinə daxil olursa, bu, Nikolun Ermənistanın əleyhinə aparılan danışıqların iştirakçısı olduğunu deməyə əsas verir”, – Poqosyan fikirlərini tamamlayıb.
Follow @7timesaz