“İrəvan Kazan danışıqlarından sonra nəqliyyat yollarının açılması ilə bağlı təklifləri Bakıya göndərib və indi cavab gözləyir”.
7Times.az xəbər verir ki, bunu yerli mətbuata parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan bildirib.
Parlament üzvü konkret hansı təkliflərdən söhbət getdiyini açıqlamayıb.
İki gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlament tribunasından Kazanda keçirilən danışıqların təfərrüatlarını açıqlayaraq, Ermənistan və Azərbaycanın regional kommunikasiyaların açılması ilə bağlı hər iki tərəf üçün məqbul həll variantının ola biləcəyini bəyan edib.
“Biz bu təklifi yazılı şəkildə Azərbaycana çatdırmışıq”, – deyə Paşinyan bildirib. Ancaq o da təkliflərin məzmununu açıqlamayıb.
“AzPolitika.info”
Follow @7timesaz