Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyanın sərəncamları ilə Ermənistan silahlı qüvvələrin bir sıra yüksək rütbəli zabitləri tutduqları vəzifələrdən azad ediliblər.
Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, məşhur generallar Andranik Makaryan Təlim Baş İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini, Armen Arutyunyan Raket Qüvvələrinin rəisi və Silahlı Qüvvələrin Artilleriya İdarəsinin rəisi, Armen Aruşanyan Mühəndis Qoşunları İdarəsinin rəisi vəzifəsindən azad edilib. Habelə Artur Poqosyan mənəvi-psixoloji dəstək şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan tutduğu vəzifədən kənarlaşdırılıb.
Follow @7timesaz