“2017-ci ildə Türkiyədə necə və hansı proqram çərçivəsində olduğumu gizlətməmişəm”.
7Times.az teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından millət vəkili Ruben Rubinyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.
Serj Sarkisyanın “Şərəfim var” fraksiyasından millət vəkili Anna Karapetyan Rubinyanın 2017-ci ildə bir neçə ay Türkiyədə olduğunu və bunu heç vaxt açıqlamadığını söyləyib.
Karapetyan keçmiş spiker Ararat Mirzoyanı da “türk casusu” adlandırıb və qeyd edib ki, bu vəzifədə olarkən Ankaranın maraqlarına xidmət edib: “İndi bir türk casusunu gözdən uzaqda saxlamaq istəyirlər”.
Rubinyan cavab olaraq bildirib ki, Karapetyanın ittihamları reallığa uyğun gəlmir: “Türkiyədə nə üçün olduğumu dəfələrlə bəyan etmişəm. Mən Türkiyəyə Hrant Dink Vəqfinin proqramı çərçivəsində getmişdim, bir neçə ay araşdırma apardım. Bunu heç vaxt gizlətməmişəm, inqilabdan sonra da demişəm”.
Anna Karapetyan isə hələ 8 ay əvvəl Nikol Paşinyan hakimiyyətinin Türkiyənin maraqlarına xidmət etməkdə ittiham olunduğunu söyləyib.
Follow @7timesaz