Ermənistan prezidentindən Azərbaycan və Türkiyəyə mesaj: Hər şey dəyişə bilər

Ermənistan prezidentindən Azərbaycan və Türkiyəyə mesaj: Hər şey dəyişə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Armen Sarkisyan Rusiya mediasına müsahibəsində Azərbaycan və Türkiyə ilə mümkün münasibətlərdən danışıb.

7times xəbər verir ki, onun sözlərinə görə, ölkələr arasında əlaqələrin qurulması yaxşı olardı. Əsrlərlə qarşı cəbhələrdə olan Fransa və Almaniya belə ikinci dünya müharibəsində sonra əməkdaşlıq qura bildi deyən Sarkisyan bildirib ki, Türkiyə və Ermənistan bir-birilərinə hörmət etməlidir:

“Qarışıq məsələ olsa belə Azərbaycanla problemlərin həll edilməsini istəyirəm. Türkiyə ilə də münasibətlər qurmaq gözəl olar. Lakin bu daha çətindir. Tarixi məsələləri necə unuda bilərik? Ermənistan qərarlarına görə təkcə öz vətəndaşları qarşısında deyil bütün ermənilər qarşısında məsuliyyət daşıyır. Almaniya və Fransa yüz illərlə savaşdı. Lakin ikinci dünya müharibəsindən sonra hər şey dəyişdi”.//Metbuat.az