“Ermənistan Azərbaycanla sülh müqaviləsinin yeni təkliflərini Azərbaycan tərəfinə çatdırıb”.
7Times.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan nazirlər kabinetinin bugünkü iclasında deyib.
“Mən Ermənistan Respublikasının sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, bəli, biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin yeni təkliflərini Azərbaycan tərəfinə göndərmişik”, – deyə baş nazir qeyd edib.
Paşinyan sülh müqaviləsinin yeni təklifləri ilə bağlı digər təfərrüatları açıqlamayıb.
Follow @7timesaz