Rəsmi İrəvan Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasını prioritet hesab edir.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan kanadalı həmkarı Melani Coli ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Ararat Mirzoyan vurğulayıb ki, İrəvan sülh sazişi üçün danışıqları davam etdirməyə hazırdır. O bildirib ki, bu kontekstdə ərazi bütövlüyünün tanınması ilə yanaşı, SSRİ Baş Qərargahının son xəritələri əsasında iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də iş aparılmalıdır.
“Biz həmçinin suverenlik, yurisdiksiya və tərəflərin bərabərliyi və qarşılıqlılığı prinsipinə əsaslanaraq regional kommunikasiyaların açılmasında maraqlıyıq”, – Mirzoyan əlavə edib.
Follow @7timesaz