Ermənistan Türkiyədən məhsul idxalına müvəqqəti qadağa tətbiq edir.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabineti oktyabrın 21-də müvafiq qərar imzalayıb.
İdxal qadağası dekabrın 31-dən qüvvəyə minəcək. Qadağanın qüvvədə olacağı müddət barədə məlumat verilmir.
Qeyd edək ki, 2019-cu ildə Ermənistan Türkiyədən 270 milyon dollara yaxın məbləğdə məhsul idxal edib.
Follow @7timesaz