Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Türkiyə ilə sərhədin xüsusi qrup üçün açıla biləcəyini bildirib.
APA “Armenia Today”a istinadən xəbər verir ki, o, bu barədə büdcə müzakirələri zamanı deyib.
“Yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin hələlik xüsusi qrup – üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı xoş xəbər bizi gözləyir”, – Mirzoyan əlavə edib.
Follow @7timesaz