Hərbi

Ermənistan Yunanıstandan S-300 komleksi alır

Ermənistan Yunanıstandan S-300 komleksi alırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan Ermənistana S-300, TOR-M1 və Osa-AKM zenit-raket komplekslərini təhvil verəcək.

7Times.az  xəbər verir ki, bu barədə enikos.gr portalı yazıb.

Yunanıstan hakimiyyəti onları İsrail istehsalı olan sistemlərlə əvəz etməyi planlaşdırır.

“Silahlı Qüvvələrin rəhbərliyi köhnə sistemlərin yeni Qərb texnologiyaları ilə köklü surətdə yenilənməsini davam etdirmək əzmindədir”, – məlumatda deyilir.

KİV-in məlumatına görə, bu, sırf Yunanıstan təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın nəticəsidir.

“Afina üçün Kiyev əvəzinə İrəvanın gücləndirilməsi bir çox səbəblərə görə strateji seçimdir. İlk növbədə, çox sıx müttəfiqlik əlaqələri və xüsusən də müasir dövrdə ortaq tarixi hadisələr və ortaq dini inanclara görə”.

Yunanıstan bu silah sistemlərini pulsuz verməyəcək. Bu silahları əvəz etmək üçün Afina yeni sistemlər almaq niyyətindədir.

2023-cü ilin dekabrında Ermənistan və Yunanıstanın müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Daha sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias Qarabağdakı münaqişənin dərslərini nəzərə alaraq Yunanıstanın Ermənistanla müdafiə sahəsində əməkdaşlıq edəcəyini bildirmişdi.

Modern.az