Ermənistanda koronavirusa yoluxanların sayı 115 855 nəfərə çatıb.
7times.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 472 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 41 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 738 nəfər koronavirusdan ölüb, 40 012 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Follow @7timesaz