Ermənistanda ümumilikdə 17,4 milyon dram (təxminən 35 min dollar) dəyəri olan hərbi formaları yandırmağa çalışan şəxs saxlanılıb.
7times.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 11 noyabr tarixində saat 02:30 radələrində 30 yaşlı Yeğvard sakini formanı yandırmağa cəhd etsə də, buna tam nail olmayıb. Belə ki, ətrafdakı sakinlər baş vermiş yanğını görərək tez bir zamanda söndürüblər.
Saxlanılan şəxs Cinayət Məcəlləsinin 34-185-ci maddəsi (əmlakı qəsdən məhv edərək böyük miqdarda ziyan vurmaq) ilə ittiham olunur.
Onun barəsində həbs qətimkan tədbiri seçilib. İlkin istintaq davam edir. qafqazinfo
Follow @7timesaz