“Qarabağdan köçürülən ermənilərə adambaşına 25 min dram veriləcəyini desələr də, amma hələ də insanları yubadırlar”.
7times xəbər verir ki, bu fikirləri Qarabağdan deportasiya olunanların keçirdiyi etiraz aksiyası zamanı iştirakçılardan olan Levon Hayryan deyib. Onun sözlərinə görə, avqust ayında pulu verəcəklərini desələr də indi deyirlər ki, noyabrın 10-dan verəcəklər.
“Camaat o pulu indi alacaq, ya almayacaq heç kim dəqiq deyə bilməz. Bu səlahiyyətlilər deyirlər ki, camaatı Qarabağa göndərəcəklər, şərait yaradacaqlar. Mən başa düşə bilmirəm ki, bu necə hakimiyyətdir. Adamı düşmənin burnunun dibinə işə göndərirsən, amma lazım gələrsə, onu müdafiə etmək üçün yanında əsgər qoymursan. Bütün bunlardan sonra bizə deyirlər ki, türklərlə barışmalısan, amma hakimiyyət bunu bizi həqiqətən istədikləri üçün demir, moskvadan zəng vurduqlarına gorə deyir ki, türklərlə barışmaq lazımdır”.
Aksiyada iştirak edənlər onu da qeyd ediblər ki, artıq Rusiyanın da Ermənistanda yaşayanlar vecinə deyil. Hər şey onların istəyinə uyğun aparılır və görünür ki, Ermənistan artıq oyuncaq bir dövlətə çevrilib.//Metbuat.az
Follow @7timesaz