Ermənistanda koronavirusa yoluxanların sayı 70 836 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 306 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 10 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 1 131 nəfər koronavirusdan ölüb, 19 591 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Follow @7timesaz