Ermənistan parlamenti ölkədə tətbiq olunan hərbi vəziyyət rejmini ləğv edib.
7times.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bununla bağlı layihəni 118 deputat dəstəkləyib.
Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət rejimi 2020-ci il sentyabrın 27-də – İkinci Qarabağ müharibəsi başlayan gündən tətbiq olunmuşdu. Bunun ləğvi ilə bağlı qanun layihəsini Ermənistan parlamentindəki müxalif “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyaları hazırlamışdı. Baş nazir Nikol Paşinyanın “Mənim addımım” parlament fraksiyasının deputatları da layihənin lehinə səs verib.
Follow @7timesaz