Dünya

Ermənistanda Konstitusiya referendumu keçiriləcək – Paşinyan

Ermənistanda Konstitusiya referendumu keçiriləcək – Paşinyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Konstitusiya referendumu mütləq yazda keçiriləcək və Mərkəzi Seçki Komissiyası artıq onun təşkili ilə bağlı hazırlıq işləri aparır.

7Times.az  xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazıb.

“Dağlıq Qarabağ ətrafında vəziyyət mürəkkəbləşsə də, Ermənistan hakimiyyəti ardıcıl olaraq Konstitusiya dəyişiklikləri üzərində işləyir. Gələn həftə Konstitusiya dəyişiklikləri komissiyası layihənin yekun variantının müzakirəsini aparacaq. Hakimiyyətə xidmət edən bir sıra hüquqşünasların da iştirak etdiyi tam versiya ilə bağlı artıq peşəkar müzakirələr aparılıb. Bir sıra aparıcı hüquqşünaslar prosesə dəvət alsalar da, müzakirəyə getməyiblər, bəziləri isə əvvəlcə imtina ediblər”, – deyə qəzet qeyd edib.