Dünya

Ermənistanda məmur həbsləri: İrəvanın vitse-merinin ardınca hakim partiyadan olan deputat diqqət mərkəzində

Ermənistanda məmur həbsləri: İrəvanın vitse-merinin ardınca hakim partiyadan olan deputat diqqət mərkəzindəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hüquq-mühafizə orqanları yaxın vaxtlarda Ermənistan parlamentinin hakim partiyadan olan deputatı, keçmiş səhiyyə naziri Arsen Torosyanı saxlaya bilər”.

Bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşr qeyd edir ki, İrəvanın vitse-meri Gevorq Simonyanın dünənki həbsindən sonra Torosyanın ətrafında halqa getdikcə daralır.

Qəzetin yazdığına görə, istintaq orqanı Torosyana şahid qismində dindirilmək üçün bildiriş göndərmək niyyətindədir. Mümkündür ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Torosyanın toxunulmazlıqdan məhrum edilməsi və cinayət təqibi ilə bağlı sonradan parlamentə vəsatət təqdim etmək üçün Baş Prokurorluğa müraciət ünvanlaya bilər.

Torosyan səhiyyə naziri vəzifəsində olarkən dünən saxlanılan vitse-mer onun müavini olub. Müstəntiqlərin fikrincə, Simonyan 2020-2022-ci illərdə nazir müavini postunu tutarkən koronavirusla mübarizə zamanı öhdəliklərini yerinə yetirməyib, nəticədə dövlətə xeyli ziyan dəyib.

Məmur martın 10-u axşam saatlarında saxlanılıb. Bu gün məhkəmə onun həbsi ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin vəsatətinə baxılacaq.

oxu.az