Dünya

Ermənistanda panika: 300 min azərbaycanlı gəlir…

Ermənistanda panika: 300 min azərbaycanlı gəlir…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan parlamenti Ermənistan büdcəsinə azı “150 min dollar ianə etməklə erməni pasportu (vətəndaşlıq) ala bilmək haqqında” qərar qəbul etməyə hazırlaşır. Əslində dünyanın bir çox ölkəsində tətbiq edilən bu praktika Ermənistan ekspert dairələrində və sosial şəbəkələrində böyük panikaya və səs-küyə yol açıb.

Axar.az xəbər verir ki, Ermənistan Hesablama Palatasının sədri Nairi Sərkisyan “Pressinq” verlişinin efiri zamanı bu qərarın “fəsadlarından” danışıb.

“Bu qərar Ermənistan üçün daxilə qoyulmuş bombadır. Bir müddət sonra bomba partlayacaq və Ermənistan içəridən parçalanacaq. Siz bir düşünün, 300 min varlı azərbaycanlı Ermənistan vətəndaşlığı alır, sonra küçələrə çıxır və dövlət çevrilişi edir. Onlardan biri isə dövlətin başına keçir… Bu artıq real ola biləcək bir ssenaridir”, – deyə o qeyd edib.