Biz tariximizin ən biabırçı və dağıdıcı dövrlərindən birini yaşayırıq, Ermənistanın gələcəyi təhlükə altındadır.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyanın müraciətində deyilir.
Müraciətdə qeyd olunur ki, indiki hökumət istefaya getməli və hakimiyyəti orduya verməlidir:
“Özü də bu, könüllü şəkildə, ciddi çalxalanmalar olmadan baş verməlidir. Bu, xilas olmağımız üçün yeganə yoldur”.