Müxalif Çiçəklənən Ermənistan, “Daşnaksütyun” və Vətən partiyaları oktyabrın 8-də Yerevanda ümumrespublika mitinqi keçirəcəklər.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə adları çəkilən partiyalar birgə açıqlama yayıb.
“Üçlər” bildirib ki, son iki ildə hökumət ictimaiyyətin ümidlərini doğrultmayıb: “Hakimiyyət bütün sahələrdə uğursuzluğa uğrayıb. Hakim siyasi partiya dövlətimizin tələblərinin həyata keçirmək qabiliyyətinin olmadığını sübut edib”.
Follow @7timesaz