Almaniyanın lüks geyimlər istehsalçısı “Escada” şirkəti müflisləşdiyinə dair ərizəsini Münhen məhkəməsinə təqdim edib.
7times.az yerli KİV-ə istinadən xəbər verir ki, şirkətin açıqlamasında bahalı geyim bazarında rəqabətin artması və pandemiyanın yaratdığı fəsadlar nəticəsində müflisləşdikləri göstərilsə də, əslində şirkət neçə illərdir zərərlə işləyirdi.
Qeyd edək ki, hələ 1978-ci ildə təsis edilən, 90-cı illərdə ən böyük yüksəlişini yaşamış “Escada” 2009-cu ildə də müflisləşdiyini elan etmiş və hindistanlı milyarder Lakşmi Mittalın ailəsi tərəfindən satın alınmış, rəhbərliyinə də onun gəlini Meqha Mittal gəlmişdi. Ötən il isə şirkət “Regent” sərmayə fonduna satıldı. Report
Follow @7timesaz