“Uşaq döymək ailə hadisəsi deyil: əzik, sınıq, travmalı, özünə inamsız, kompleksli cəmiyyəti yaratmaqdır”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi uşaqların döyülməsi müzakirəsinə münasibət bildirib:
“Ona görə də özgüvənimiz yox, ona görə də bir çox hallarda qanunlar işləmir, özbaşınalıqlar, səhlənkarlıqlar, vəzifədən sui-istifadə etmələr yayılır.
Müdirinə, rəisinə, qanunu çapıb-talayanlarına, rüşvətxorlarına dirəniş göstərə bilməməyimiz, o müdirlərin, “ağaların” qarşısında ikiqat əyilib, haqqını tələb edə bilməməyimiz, bax, həmin əziklikdir. Aqressivliyi toplayıb, evdə arvad-uşağa tökürsən… Yanlış dairəsi yeni nəsillərə ötürülür. Adını da mentalitet qoymuşuq”.
Qeyd edək ki, aparıcı Sərxan Kərəmoğlu uşağı döyməklə bağlı açıqlaması ilə gündəmə gəlmişdi.
Follow @7timesaz