ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Suriya diktatoru Bəşər Əsədi məhv etmək planını dəstəkləyib, lakin müdafiə naziri bu planı həyata keçirmək istəməyib.
7times.az xəbər verir ki, Tramp bu haqda “Fox” telekanalına müsahibəsində danışıb.
O, Pentaqonun keçmiş rəhbəri, “quduz köpək” ləqəbli əfsanəvi general Ceyms Mettisi tənqid edərək deyib ki, müdafiə naziri Bəşər Əsədin məhv edilməsi planının həyata keçirilməsinə mane olub. Ceyms Mettis son aylar Trampı tənqid edir və onun yenidən seçilməsinə qarşı çıxır.
“Mən onu (Əsədi) aradan götürməyə üstünlük verirdim. Məndə hər şey hazır idi. Mettis bunu eləmək istəmədi”,-Tramp deyib. Və keçmiş müdafiə nazirini “həddən artıq şişirdilmiş general” adlandırıb.
ABŞ prezidenti bildirib ki, Əsədi öldürməməyinə peşiman deyil. Çünki istəsəydi onu öldürərdi. Amma Mettis plana qarşı olub.
ABŞ-ın Bəşər Əsədi məhv etmək planını müzakirə etdiyi haqda şaiyələr 2018-ci ildə yayılmışdı. Amma o vaxt Tramp demişdi ki, belə plan heç vaxt müzakirə olunmayıb. Virtualaz.org
Follow @7timesaz