Dünya

Əsgər Akayev istintaqa təhvil verildi

Əsgər Akayev istintaqa təhvil verildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın sabiq Prezidenti Əsgər Akayev barəsində istintaq fəaliyyətləri həyata keçirilir.

7Times.az xəbər verir ki, bu haqda məlumatı ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, komitənin həyata keçirdiyi tədbirlər nəticəsində ölkənin sabiq Prezidenti Əsgər Akayev Bişkek şəhərinə gətirilib və dərhal Qurumlararası İstintaq qrupuna təhvil verilib.

Bildirilir ki, Ə. Akayev hazırda komitənin binasındadır və “Kumtor” qızıl yatağı ilə bağlı başladılmış cinayət işi çərçivəsində lazımi istintaq fəaliyyətləri həyata keçirilir.

Qeyd edək ki, Qırğızıstanın sabiq Prezidentləri Əsgər Akayev və Qurbanbek Bakiyev “Kumtor” qızıl yatağının işlənilməsi zamanı yol verilmiş rüşvətxorluqla bağlı başlanmış cinayət işi üzrə təqsirli bilinərək axtarışa verilib.